Arzular gecəsinin əməlləri YAZI+VİDEO

Rəcəb ayının ilk cümə gecəsi arzular gecəsi olaraq qeyd olunur.
“Arzular gecəsi”nin əməlləri
Rəcəb ayının ilk cümə gecəsi “arzular gecəsi” adlanır. Bu gecəni dua və bağışlanma diləməklə keçirmək tövsiyə olunur. Bəzi rəvayətlərə əsasən bu günlə bağlı belə buyurulur: “Rəcəb ayının ilk cümə axşamı günü (həftənin 4-cü günü – bu il 26 yanvar) oruc tutun. Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı iki rükətli namaz) namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd") surələrini oxuyun. Namaz bitdikdən sonra oturaq halda 70 dəfə:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ
“Allahummə salli ələ Muhəmmədinin nəbiyyil ummiyyi və ələ Əlih”
“İlahi, Həzrət Muhəmmədə (s) və onun nəslinə öz rəhmətini göndər”
Sonra səcdəyə gedib 70 dəfə:
سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ
“Subbuhun quddus Rabbul mələikəti vər Ruh”
“İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən”
Sonra başını səcdədən qaldırıb 70 dəfə :
رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ
“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləm, innəkə əntələliyyul ə’zəm”.
“Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əfv et. Həqiqətən Sən uca və əzəmətlisən”.
Sonra yenidən səcdəyə gedib 70 dəfə:
سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ
“Subbuhun quddus Rabbul məlaikəti vər Ruh”
İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.
Sonra hacət və istəyinizi Allahdan diləyin! Hər kim bu namazı qılarsa Allah bütün günahlarını bağışlayar.”