"Şeytanın Xatirələri" kitabının ön sözü

Kitab, ilahiyyatçı İlqar Əliyev tərəfindən tərcümə olunur.
Cənab Şeytanın müqəddiməsi
Öz adımla
Ha, Ha, Ha!
Bəs necə? "Allahın adı ilə" yazmağımı gözləyirdiniz? Əsla! Mən uzun müddətdir ki Allahla küsülüyəm. Daha "Allahın adı ilə" niyə yazmalıyam ki?
Mən, Adəm, sizin dilinizlə desək həzrət Adəm yaradılmamışdan öncə Allahla dost idim. Hətta mələklərlə birgə yaşayır və iyirmi dörd saat Allaha ibadət edirdim. Allahla mənim davam Adəmin gəlişi ilə başladı.
Allah Adəmi yaradanda mən və mələklərə "Adəmə səcdə edin" dedi. Ancaq mənim Adəmə paxıllığım tutdu və qürurum Allahın əmrinə boyun əyməyə icazə vermədi. Hələ üstəlik and da içdim ki, bütün insanlara hiylə gəlib vəsvəsələrimlə cəhənnəmlik edim.
Artıq min illərdir ki, düşmüşəm siz insanların canına. Bu günə qədər çoxunuzu aldatmışam. Ha, ha, ha! Bunu da deyim ki, sizlərdən bir çoxu hiylələrimə uymayıb. Hiyləmə aldanıb sonra tövbə edənlər də var.
Nəisə. Bura bu cür söhbətlərin yeri deyil. Yaxşı olar ki, sizi kitabımla tanış edim. Əlinizdə olan bu kitabın adı "Şeytanın xatirələri"-dir. Bilirsiz bu kitabı niyə yazmışam? Bir çox insanların xatirə dəftəri var. Mən də öz özümə "sənin insanlardan nəyin əskikdir ki?"-deyə düşündüm. Elə buna görə də bəzi xatirələrimi yazmaq qərarına gəldim və beləliklə bu iyirmi xatirəni yazdım.
Kitabın yazılmasında mənə göstərdiyi köməkliyə görə Qulamrza Heydəriyə də minnətdaram. Onun təşəbbüs və dəstəyi olmasaydı bu kitabı yaza bilməzdim. Bu müddət ərzində onun həqiqətən də əla oğlan olduğunu anladım. Sözlərindən anladım ki, özü də bir şeytandır. Ha, ha, ha!
Sizi çox gözlətməyim. Xatirlərimi oxuyub həzz halın. Mənim xatirələrim sizinkindən daha maraqlı xatirələrdir. Ümumiyyətlə mən sizin hamınızdan daha yaxşıyam. Ha, ha, ha! Allah amanında. Yox, bağışlayın. "Allah amanında" yox, ümid edirəm ki, hamınız cəhənnəmə gedəsiniz. Ha, ha, ha!
Siz insanları sevən, Şeytan!