Mizan daha iki kitab təqdim edəcək

"Mizan" Maarif Mərkəzi tərəfindən daha iki kitabın təcüməsinə start verilib.
Məqsədi milli və mənəvi dəyərlərin cəmiyyətimizə və günümüzə münasib formada təbliğ etmək olan "Mizan" Maarif Mərkəzi daha iki kitabın təcüməsinə başlayıb.
Cəmiyyətimizdə bəzi hicablı xanımların özgüvənlərinin aşağı olmasını və bəzən ətrafdan gələn qınaq və qərəzli sözlərlə baş örtüklərini açmasının şahidi oluruq. Təqdim etmək istədiyimiz ilk kitab məhz bu böhranı nəzərə alaraq seçilmişdir. Kitab "Səfirin xatirələri" adlanır. Müəllif Nilufər Şadmehri bu kitabla oxucuları Parisdə təhsil aldığı illərə apararaq, baş verən hadisələri, təcrübə və xatirələrini onlara yaşadır. Baş örtüyünə görə Fransanın ən nüfuzlu universitetinə qəbul olmamasından tutmuş, yataqxanada "Əhd" duası təşkil etməyə qədər. Müəllif Fransanın paytaxtında həqiqəti, islamı və əsasən də hicabı müdafiə etdiyi üçün özünü hicabın səfiri olaraq görmüş və xatirələrini "Səfirin xatirələri" adı altında oxuculara təqdim etmişdir.
Tərcüməsinə başladığımız ikinci kitabın isə "Gecənin röyası" adı altında oxuculara təqdim olunması planlaşdırılır. Kitabda əhli sünnə məzhəbindən olan bir oğlanın şiə məzhəbindən olan bir qıza aşıq olması və bu yolda çəkdikləri əziyyətlər hekayə halına salınmışdır. Haşim adında oğlan iki məzhəb arasında olan fərqli düşüncələri nəzərə alaraq Reyhanəyə qovuşmasının mümkün olmadığını anlayır və bu səbəbdən ona olan eşqini etiraf etməkdən çəkinir. Elə bu zamanlarda Hillə şəhərinin başçısı şiələrə qarşı təzyiqlərini artıraraq, iki məzhəb arasında nifrəti çoxaldıb, öz postunu daha da möhkəmlətmək qərarına gəlir. Lakin şiə məzhəbinin nüfuzlu şəxslərindən olan Əburacih Həmmaminin başına gələn olay bu planlara əks təsir göstərərək, şəhərdə əqidəvi dəyişikliyə səbəb olur. Real həyatdan ilhamlanaraq yazılan bu kitab İran İslam Respublikasının ən çox oxunan kitablarından biri olaraq seçilmişdir.
Bu və bu kimi fəaliyyətlərimizə dəstək olmaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.
Whatsapp: 0506229304
Uğur yalnız Allahdandır!