4 animasiya filminin dublajına dəstək ol!

Uşaq tərbiyəsinin insan həyatına və cəmiyyətlərə qoyduğu təsir yəqin ki, heç kimə gizli deyil.
Uşaq tərbiyəsinin insan həyatına və cəmiyyətlərə qoyduğu təsir yəqin ki, heç kimə gizli deyil. Uşağı tərbiyə etmək əslində gələcəyi idarə etmık hesab olunur. Qarşıdan gələn illərdə bəşərin xoşbəxt və ya bədbəxt olma amillərindən biri, bəlkə də ən önəmli amili məhz uşaq tərbiyəsindən keçir. Bu səbəbdən "Mizan" Maarif Mərkəzi olaraq daim uşaq və yeniyetmə mövzusuna önəm vermiş, hətta bunun üçün bütün məhdudiyyətlərə baxmayaraq müstəqil sayt da yaratmışıq. ( https://mizancavan.az )
Qarşıda planlaşdırdığımız ən önəmli layihələrdən biri də uşaq və yeniyetmələr üçün animasiya filmlərinin hazırlanması və ya müxtəlif dillərdə olan faydalı cizgi filmlərinin tərcümə və dublaj olunmasıdır. Bu məqsədlə Allahın adını zikr edərək, işə başlamış və bir neçə layihənin təməlini qoymuşuq.
1."Allahla danışan uşaq" animasiya filmi: Bu animasiya filmi tamamilə yerli kadrlar tərəfindən istehsal olunmaq üzrədir. Cizgi filmdə Allahla danışan İbrahim adlı oğlan, öz suallarına cavab tapmaq əzmindədir. Filmin ilk seriası yaxın günlərdə izləyicilərimizə təqdim olunacaqdır.
2.Hz. Yusif (ə): Bu animasiya filmi 7 seriadan ibarət olub, fars dilində hazırlanmışdır. Şirkət bu cizgi filminin tərcümə və dublaj işini Mərkəzimizə təqdim etmişdir. Filmin tərcümə işinə artıq start verilmiş və irəliləyən aylarda dublaj işi də planlaşdırılır.
3.Hz. İbrahim (ə): Bu film isə 2 seriadan ibarətdir və fars dilində hazırlanmışdır. Tərcümə və dublaj işi üçün icazə alsaq da, hələ bu layihəyə start verilməmişdir.
4.Roma Şahzadəsi: 12-ci imamımız Hz. Mehdinin (ə) anası barədə olan bu animasiya filmi olduqca gözəl keyfiyyətdə hazırlanmışdır. Bu cizgi filmin də tərcümə və dublaj icazəsi Mərkəzimiz tərəfindən alınmış və üstəlik tərcümə də olunmuşdur. Yerdə qalan yalnız dublaj mərhələsidir.
Allahdan tutduğumuz bu məsuliyyətli və ağır işdə müvəffəqiyyətlər diləyir və bizə riyadan uzaq əməllər qismət etməsini arzu edirik.
Sonda bu layihələrin ərsəyə gəlməsində bizə dəstək olmaq istəyənlərə əlaqə nömrəsi və bank hesabı təqdim edirik. "Yardım Allah tərəfindəndir və qələbə yaxındır". (Saff, ayə 13)
Kapital Bank: 4169738517070862 (Şahin Bağırov)
Telegram və zəng: 0509708849