Rəcəb ayının fəziləti və əməlləri YAZI+VİDEO

Rəcəb ayının fəziləti və ümumi əməlləri
Rəcəb ayı haram aylardan hesab olunur və hicri qəməri aylarının yeddincisidir. Bu ay ariflərin mənəvi ilinin ilk ayı hesab olunur və hədislərdə bu ay “Allahın evi” olaraq da adlandırılmışdır. Bundan əlavə, bu ayda döyüş və müharibə haram olduğundan “Səssiz ay” olaraq da adlandırılmışdır.
Hədisi Qüdsidə Mütəal Allah belə buyurmuşdur: “Rəcəb ayını özümlə bəndələrim arasında möhkəm ip olaraq qərar vermişəm. Hər kim ondan yapışsa mənə çatar.”
Rəcəb ayında olan əlamətdar günləri sizlərə təqdim edirik:
Birinci gün: İmam Muhəmməd Baqirin (ə) mövlud günü (bəzi rəvayətlərə əsasən)
İkinci gün: İmam Əliyyən-Nəqinin (ə) şəhadət günü
Onuncu gün: İmam Muhəmməd Təqinin (ə) mövlud günü (bəzi rəvayətlərə əsasən)
On üçüncü gün: İmam Əlinin (ə) mövlud günü (kişilər bayramı)
On beşinci gün: Həzrəti Zeynəbin vəfat günü (bəzi rəvayətlərə əsasən)
İyirmi beşinci gün: İmam Museyi Kazımın (ə) şəhadət günü
İyirmi yeddinci gün: Besət günü, yəni əziz islam Peyğəmbərinin peyğəmbər olaraq seçildiyi gün
Rəcəb ayına məxsus olan bəzi əməllər xüsusi olaraq müəyyən bir günə aid deyil və ay boyu icra olunmağı müstəhəb hesab olunur. Onlar aşağıdakılardır:
Ay boyu bu dua oxunsun:
یا مَنْ یَمْلِکُ حَوآئِجَ السّآئِلینَ، ویَعْلَمُ ضَمیرَ الصّامِتینَ، لِکُلِّ مَسْئَلَة؛ مِنْکَ سَمْعٌ حاضِرٌ وَجَوابٌ عَتیدٌ اللّهُمَّ وَمَواعیدُکَ الصّادِقَةُ واَیادیکَ الفاضِلَةُ؛ وَ رَحْمَتُکَ الواسِعَةُ فَاَسْئَلُکَ اَنْ تُصَلِّیَ عَلی مُحَمَّد وَآلِ محمد؛ واَنْ تَقْضِیَ حَوائِجی لِلدُّنْیا وَالاْخِرَةِ، اِنَّکَ عَلی کُلِّ شَیْء قَدیرٌ
Yə mən yəmliku həvaicəs səilin, və yə`ləmu zamiras samitin, likulli məs`ələtin minkə səm`un həzirun və cəvabun ətid, Əllahummə və məvəidukəs sadiqəj, və əyədikəl fəziləh, və rahmətukəl vasiəh, fəəs`əlukə ən tusəlliyə ələ Muhəmmədin və əli Muhəmməd, və ən təqziyə həvəici liddunyə vəl əxirah, innəkə ələ kulli şəy`in qadir.
“Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən, hər bir istəyi həmin anda eşidən və cavab verənsən. İlahi, Sənin vədlərinin hamısı doğru, nemətlərin çox və rəhmətin genişdir. İlahi, Səndən istəyirəm ki, Muhəmməd və onun Əhli-Beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki, Sən hər şeyə qadirsən.”
Əziz islam Peyğəmbəri (s) buyurmuşdur: “Hər kim Rəcəb ayı boyunca 100 dəfə “Əstəğfirullahəl ləzi lə iləhə illə hu, vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” (Ondan başqa ibadətə layiq olmayan, tək və şəriksiz olan Allahdan bağışlanma diləyir və Ona gero dönürəm) zikrini desə və axırda da sədəqə çıxararsa Allah onun işlərinə məğfirət və rəhmətini nazil edir. Hər kim bunu 400 dəfə edərsə şəhidlərin fəzilət və savabını əldə etmişdir.”
Və eyni zamanda o Həzrət (s) buyurmuşdur: “Hər kim Rəcəb ayı boyunca 1000 dəfə “Lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan yoxdur) zikrini deyərsə Allah onun əməl dəftərinə çox sayda savab və xeyir əməl qeyd edər.”
Rəvayətlərin birind belə buyurulur: “Hər kim Rəcəb ayının səhərləri 70, axşamları da 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyib, sonra da əllərini qaldırıb “İlahi, məni bağışla və mənə geri dön” deyərsə, bu ayda öləcəyi təqdirdə İlahi razılığı əldə etmiş halda vəfat etmiş olar.”
Bundan əlavə, bu ayda 1000 dəfə “Əstəğfirullah zəl cəlali vəl ikram min cəmiiz zunubi vəl əsəm” (Bütün günah və çirkinliklərdən cəlal və əzəmət sahibi olan Allahdan bağışlanma diləyirəm) zikri müstəhəb əməl olaraq qeyd olunmuşdur.
Bu duanın da hər namazdan sonra oxunması tövsiyə olunmuşdur:
يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ، وَآمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ، يَا مَنْ يُعْطِى الْكَثِيرَ بِالْقَلِيلِ، يَا مَنْ يُعْطِى مَنْ سَأَلَهُ، يَا مَنْ يُعْطِى مَنْ لَمْ يَسْأَلْهُ وَمَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَرَحْمَةً، أَعْطِنِى بِمَسْأَلَتِى إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيا وَجَمِيعَ خَيْرِ الْآخِرَةِ، وَاصْرِفْ عَنِّى بِمَسْأَلَتِى إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيا وَشَرِّ الْآخِرَةِ، فَإِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ، وَزِدْنِى مِنْ فَضْلِكَ يَا كَرِيمُ. يَا ذَا الْجَلالِ وَالْإِكْرامِ، يَا ذَا النَّعْماءِ وَالْجُودِ، يَا ذَا الْمَنِّ وَالطَّوْلِ، حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ.
Yə mən ərcuhu likulli xayr, və əmənu səxatahu ində kulli şərr, yə mən yu`til kəsilra bil qalil, yə mən yu`ti mən səələh, yə mən yu`ti mən ləm yəs əluhu, və mən ləm yə`rifhu təhənnunən minhu və rahməh, ə`tini bi məs ələti iyyəkə cəmiə xayrid dunyə və cəmiə xayril əxirah, vəsrif ənni bi məs ələti iyyəkə cəmiə şərrid dunyə və şərrin əxirah, fə innəhu ğayru mənqus, mə ətəytə, fəzidni min fəzlikə yə kərim, yə zəl cələli vəl ikram, yə zən nə`məi vəl cud, yə zəl mənni vəttaul, hərrim şəybəti ələnnər!
"Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim! Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalımı (üzümü) oda (cəhənnəm oduna)!"