Rəcəb ayının ilk gecəsinin əməlləri YAZI+VİDEO

Rəcəb ayının ilk gecəsinin əməlləri
1.Rəcəb ayının hilalını gördüyümüz zaman aşağıdakı duanı oxumaq:
اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ جَلَّ اللَّهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّيَامِ وَ الْقِيَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَ لا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ
Əllahummə əhilləhu ələynə bil əmni vəl imən, vəs sələməti vəl islam, rabbi və rabbukəllahu əzzə və cəll. Əllahummə bərik ləna fi racəbin və şə`bən, və bəlliğnə şəhra rsməzən, və əinnə ələs siyəmi vəl qiyəm, və hifzil lisəni və ğazzil bəsər, və lə təc`əl həzzənə minhul cuə vəl ətəş.
“İlahi, bu ayı mənə əmin-amanlıq və iman, sağlamlıq və İslamla yenilə! Mənim və sənin Rəbbin qadir və böyük Allahdır. İlahi, Rəcəb və Şəban ayında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, bizə oruc tutmaq, gecəni oyaq qalıb ibadətlə keçirmək, dilimizi (yersiz sözlərdən) qorumaq, gözümüzü (haram baxışlardan) saxlamaq üçün kömək et və bizim bu aydan bəhrəmizi yalnız ac və susuz qalmaqda qərar vermə!”
2.Qusl almaq. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Hər kim Rəcəb ayının əvvəlində, ortasında və axırında qusul alarsa anadan yeni dünyaya gəlmiş uşaq kimi günahlardan təmizlənər”.
3.İmam Hüseynin ziyarət etmək (ziyarəti aşura və ya digər duaları oxumaq ilə)
4.Məğrib namazından sonra 20 rükət (10 ədəd 2 rükətli) namaz qılmaq. Hər rükətdə Həmd və İxlas surəsini oxumaq. Hədisə əsasən, hər kim bu namazı qılarsa özü, ailəsi, malı və övladları bəlalardan uzaq olar, qəbr əzabından amanda qalar və Qiyamət günü sirat körpüsündən sürətlə keçər.
5.Gecəni ibadətlə keçirmək.
6.Aşağıdakı duanı oxuyub, Allahdan istəklərimizi diləmək:
اَللّهُمَّ اِنّی اَسْئَلُکَ بِاَنَّکَ مَلیکٌ، وَاَنَّکَ عَلی کُلِّ شَیْء مُقْتَدِرٌ، وَاَنَّکَ ما تَشآءُ مِنْ أَمْر یَکُونَ، اَللّهُمَّ اِنّی اَتَوَجَّهُ اِلَیْکَ بِنَبِیِّکَ مُحَمَّد نَبِیِّ الرَّحْمَةِ، صَلَّی اللهُ عَلَیْهِ وَآلِهِ، ا مُحَمَّدُ یا رَسُولَ اللهِ، اِنّی اَتَوَجَّهُ بِکَ اِلَی اللهِ رَبِّکَ وَرَبِّی لِیُنْجِحَ بِکَ طَلِبَتی
Allahummə inni əs əlukə biənnəkə məlikun və ənnəkə ələ kulli şəy`in muqtədirun və ənnəkə mə təşəu min əmrin yəkun. Allahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmməd nəbiyyir rahməh, sallallahu ələyhi və əlihə. Yə Muhəmmədun yə rasulullah, inni ətəvəccəhu bikə iləllah, rabbik və rabbi li yuncihə bikə talibəti.
“İlahi, Səndən hökmran və hər şeyə qadir olduğun və istədiyin şeyi gördüyün üçün istəyirəm. İlahi, mən Sənə Peyğəmbərinin hörmətinə üz gətirmişəm, salam və salavatın onun və ailəsinin üzərinə olsun. Ey Muhəmməd, həqiqətən də mən, İlahi dərgaha duamın qəbul olması üçün sənə üz gətirmişəm.”
Mizanmaarif.com