Pıçıltı 1 - Məktəblərdə hicab qadağasının pərdə arxası + Video
“Əməllər niyyətə bağlıdır” buyurmuş Allahın Rəsulu. Yəni niyyətsiz əməl demək olar ki, mümkünsüzdür. İş və qərar varsa deməli niyyət var. Təbii ki, söhbət düşüncəsi olan insandan gedir. İstər bu düşüncəsi ağlına xidmət etsin, istərsə də nəfsinə. Ağlına xidmət edənlər xeyir, nəfsinə qulluq edənlər isə şərr cəbhəsini yaradır.
Kimdir şərr cəbhəsi? Sədri İblis, əsas üzvləri isə Qabildən başlayıb, Trampda bitir. Xeyir qüvvəsini də tanımaq istəsəniz bilin ki, başçısı Allah, əsas üzvləri isə Adəm (ə)-dan başlayır və Müctəba Xameneidə bitir. İranın və Xameneinin adını eşidib səsimi kəsmə, sonadək dinlə! Sonra özün bilərsən.
Tarix boyu həm xeyir cəbhəsinin plan və layihələri olub, həm də şərr cəbhəsinin. Müasir dövrümüzə gəlincə, şərr qüvvələri daha tez fəaliyyətə başlayıb. Təşkilatlanıb, uzun müddətli planlar hazırlayıb və fəaliyyətə keçib. Xeyir cəbhəsi isə müasir dövrdə İmam Xomeyninin vasitəsi ilə təşkilatlanmışdır. Bu təşkilatın ideoloqları Beheşti, Mütəhhəri və Xamenei kimilər idi. Layihəni də elə onlar cızdı. Xüsusən Ayətullah Xameneinin bu barədə zəhmətləri ecazkardır. Düşmənin köklü hiylələri önündə şahmat oyunu sayağı rəqibin ehtimal olunası taktikasına uyğun gedişlər düşünüb, addımlamaq və məğlubiyyət astanasında olan oyunu qələbəyə çevirmək qeybi yardımlara arxalanmadan mümkün deyil.
Şərr cəbhəsi niyyətlərində tutduqları hədəflərə çatmaqla bağlı lahiyələrində İmam Xomeyni inqilabından sonra dəyişiklik etməyə məcbur qaldı. Xüsusən İran, İsrailin yaxınlığında Livan Hizbullahının yaranmasına nail olduqdan sonra. Onlar buna qarşılıq olaraq və qədimdən təyin olunan hədəflərinə çatmaq üçün İranın qonşuluğunda islam ölkəsi olan Azərbaycanı ələ keçirməli idilər. Müxtəlif səbəblərə görə. Səbəblərdən də biri bu idi ki, İran özündən məsafə və mədəniyyət olaraq qat-qat uzaq olan bir ölkəyə təsir edib, xeyir cəbhəsini gücləndirə bilirsə, Azərbaycanı çox rahatlıqla ideoloji olaraq aralarına qata bilər. Bəlkə də, xeyir qüvvələrinin öndərlərindən olan imamlarımızın “Azərbaycan bizə hökmən lazımdır” cümləsi də onları bu işdə daha da cürətləndirib. Nə də olsa savaşda görüləcək işlərdən də biri düşməni və planlarını tanımaqdır. Xeyir cəbhəsinə hava-su kimi lazım olan bir ərazi şərr qüvvələrinin hədəfinə tuş gəlməyə bilməzdi.
Şərr qüvvələrinin ölkəmizdəki pərdə arxası layihələrinin bəzilərindən xəbəriniz var. Bəlkə mən də nə vaxtsa bu barədə bildiklərimdən danışaram. Amma bu səs yazısında məktəblərdəki hicab qadağası barədə danışmaq istəyirəm.
Şərr qüvvəsinin öz hədəflərinə çatması üçün müəyyən bir Azərbaycan modelinə ehtiyacı var. Görünən budur ki, bu modeldə ölkədə hicab atributuna yer yoxdur. İlk gedişlərdən biri pasport və vəsiqələrdə hicabın yığışdırılması idi. “Bu qərar nə vaxt verilib, müsəlmanlar nə reaksiya verib?” bu başqa mövzudur. İkinci addım məktəblərdə hicabın ləğv olunması idi. Bu qərar ilk dəfə 2010-cu ilin əvvəllərində Misir Mərdanov tərəfindən verildi. Şərr qüvvəsinin hesablamalarına əsasən, bu işləri müsəlmanların zəif olduğu, mətbuatın hələ rəvac tapmadığı bir zamanlarda həll etmək lazım idi. Təbii ki, buna etiraz edənləri də nəzərə almışdılar. Amma bu etirazlar gözlədiklərindən daha fərqli formada oldu və bu qərarlarını təxirə salmağa məcbur qaldılar. Diqqət edin, təxirə salmağa məcbur qaldılar, ləğv etməyə yox. Çünki onların çatmaq istədikləri hədəfə lazm olan azərbaycan modelində rəsmi orqanlarda hicabdan söhbət belə gedə bilməzdi. Deyəcəksiniz ki, əgər elədirsə bəs niyə əksər avropa ölkələrində məktəbə hicabla getmək icazəlidir? Bir halda ki, şərr qüvvəsi orada bunu rahatlıqla edə bilər. Çox düz düşünürsünüz. Amma bilməlisiniz ki, şərr cəbhəsi hədəflərinə çatmaq üçün hər ölkə üçün indevidual model təqdim edir. Təqdim olunan modeldə bu ölkənin adət-ənənəsi, dini, tarixi, ictimai mövqeyi və digər özəllikləri nəzər alınır.
Bu qərarı 2010-cu ilin əvvəllərində təxirə salmağa məcbur qalan şərr qüvvələri bunun bir dəfəyə baş verməyəcəyini anlayıb, mərhələli formada reallaşdırmağı qərara aldılar. Amma necə? Bunun üçün:
1.Xalq ümumi olaraq hicaba nifrət və ya ən azından milli maraqlara zidd hesab etməli idi. Bunun üçün hicablı dilənçilərin sayı çoxalmalı, əxlaqdan uzaq hicablılar cəmiyyətə təqdim olunmalı və kimi digər işlər görülməli idi. Onları yalnız küçələrdə və ya ekran arxalarında axtarmayın. Məscidlərdə, xüsusi dini məclislərdə də yetərincə hicablılar bu məqsədlə aramıza yerləşdirilmişdir. Gözümün şahidi olmasam demərəm.
2.İnanclı insanlardan bu qərara etiraz etmə ruhiyyəsini almaq lazım idi.
Diqqət edin! Hicabın rəsmi qurumlardan ləğv olunması hədəf yox, böyük hədəflərə aparan Azərbaycan modelinin sadəcə bir parçasıdır. O modeldə ailə institunun pozulması, cəmiyyətin mənəvi deyil, maddi dəyərlərə üz tutması, ölkədə şiə cəmiyyətinin faizinin azaldılması kimi digər məsələlərdə yer alır. Və bütün bu layihələr bir-birini tamamlayacaq formada icra olunur. Bilin! Bir gün Çevik adlı ateistin təbliğat etməyi bu layihənin irəliləməsinə şərait yaradırsa, başqa vaxt onun həbs olunması bu layihələri sürətləndirə bilər.
Şərr qüvvəsi artıq mərhələli formada hicabı rəsmi orqanlardan yığışdırmalı idi. Və alınacaq ilk və ən çətin səngər də məktəblər idi. Bunun üçün məktəblərə psixoloqlar göndərilməyə başlanıldı.
Psixoloqların əsas missialarından biri hicablı şagirdlərə nəzarət etmək, onlar və ailələri barədə təhlilləri səbəbini özləri də bilmədən yuxarı dairələrə ötürmək idi. Növbəti mərhələ məktəblərə anti hicab direktorlarının yerləşdirilməsi və ya mövcud direktorlardan məqsədlərinə uyğun olanları kəşf etmək idi. Onları kəşf edərək, milli dəyərlərdən söz açıb, onlara hicabın qəbul olunmazlığını təlqin etmək lazım idi. Və bununla da Azərbaycanda bəzi məktəb direktorlarının özbaşına olaraq hicabı qadağa etmə xəbərləri yayılmağa başladı. İlk öncə yalan xəbərlər yayaraq, insanlarda narahatçılıqlar yaradıldı. Araşdırdıqdan sonra məsələnin yalan olduğunu görən müsəlmanlar sevindilər. Növbəti mərhələdə bu xəbərlər yenidən yayılmağa başladı. Bu dəfə bəzi məktəblərdə doğurdan da hicab qadağan edilmişdi. Amma müsəlmanlar bunu o qədər də ciddiyə almadı. Niyə? Çünki birincisi bu xəbər ötən il də yayılmışdı, amma yalan çıxmışdı. Böyük ehtimal yenə yalan çıxacaqdı. İkincisi, məktəbdən çox məktəb var idi. Uşağı bu məktəb olmasa, digər məktəbə göndərmək mümkün idi. Üçüncüsü də ki, təhsil nazirliyi tərəfindən rəsmi olaraq heç bir qadağa yox idi. Əksinə, nazirlik israrla bu qadağanın olmadığını bağırırdı. Şərr qüvvələri mərhələli surətdə məktəblərin sayını artırmağa davam etdilər. Hay-kuy çıxdığı təqdirdə isə nazirlik tərəfindən Quranlar nizələrə keçirilib, “qadağa yoxdur” şüarı səsləndirilir və məsələni ört-bas edirdilər. Bununla da etiraz etmək istəyənlər “Qadağa yoxdur, nəyə etiraz edək?” deyib, həyatlarına davam edirdilər.
Həəə, bu dəfə isə növbə artıq bir addım daha önə atılmalı idi. Nazirlər kabineti həm müəmmalı formada və müəmmalı mənada bir qərar qəbul etməli idi. Bu qərarda həm hicabın qadağan olunması, həm də olunmaması anlaşılmalı idi. İlk olaraq bir ekspert çıxıb, “Bu qərar hicaba da aiddir” deyəcək, müsəlmanlar arasında narahatçılıq və etirazlara səbəb olacaq, daha sonra isə başqa bir ekspert çıxıb “Təmkininizi qoruyun, qadağa yoxdur” deyib, aranı sakitləşdirəcəkdi. Yaxşı bu narahatçılığı kim həll edə bilərdi? Nazirlik. Amma plan üzrə nazirlik susmalı, bir neçə gün gözləməli və açıqlama verməməli idi. Bu işlə bir çox hədəflər güdülürdü. Aktiv insanların siyahısının tərtib olunmasından tutmuş, ölkə daxilində və xaricdə yaşayan azərbaycanlıların psixoloji portretini çəkməyə qədər. Şərr cəbhəsi bu sualların cavablarını axtarırdı: Əsas hədəflərimizə çatmaq üçün vəziyyət nə yerdədir? Bizə lazm olan Azərbaycan modelindən nə qədər uzağıq? Harada zəifik? Harada güclüyük? Növbəti ilədək hansı məsələlərin üzərində işləməliyik? Bunun fonunda da rəsmi olaraq deyil, özbaşına olan direktorlar tərəfindən hicab qadağası icra olunan məktəblərin də sayı çoxalacaqdı. Bu dəfə onlar üçün əsas olan məsələ hicabın qanunda nəzəri olaraq qadağan olunması yox, praktiki olaraq qadağan olunması idi. Yəni 2010-cu ilin əvvəlində qanunla hicabı qadağan edib, sonra praktikaya keçmək istəsələr də, sonralar metodu dəyişib, əksini etməyə başladılar. Yəni əvvəl praktiki olaraq məktəblərdə hicabı qadağan edib, sonra qərar olaraq qanuniləşdirmək.
Bütün bunlardan sonra nazirlik çıxıb “Heç bir qadağa yoxdur. Cənab prezidentimiz də şəxsən islamafobiya ilə mübarizə aparır. Aranı qatan hansısa ekspertlər və xaricdən idarə olunan qüvvələrdir” deyib, məsələni bağlayacaq. Müsəlmanlar da “Yaşasın! Bu dəfə də qələbə qazandıq” deyib, bayram edəcəklər. Şərr qüvvəsi o qədər də acımazsız deyil. Bəzən xalqların bir neçə saat bayram etməsinə də şərait yaradır. Amma yalnız bir neçə saat..
Hər nəysə. Demək istədiyim budur ki, şərr qüvvələrinin ümumi hədəfləri var və bu hədəf üçün bir Azərbaycan modelinə ehtiyaclıdırlar və gecə gündüz bunu reallaşdırmağa çalışırlar.
Yaxşı bəs xeyir qüvvələri? Onlar bütün bunların müabilində nə edir?
İlk olaraq bunu qeyd edim ki, şərr qüvvələrinin hədəfə çatmaları üçün öz qaydaları, xeyir qüvvələrinin isə öz qaydaları var. Şərr qüvvələri hədəfə çatmaq üçün hər bir vasitəni icazəli bilsələr də, xeyir cəbhəsində bu qəbul olunmur. Xeyir qüvvəsinə görə, hədəf qədər ona aparan yollar da pak və təmiz olmalıdır. Bu səbəbdən xeyir qüvvəsi gözləyir. Gözləyir ki, nura ehtiyac duyan xalq yuxudan oyansın, əl-üzünü yuyub, pərdələri kənara çəkib nurun evə daxil olmasına şərait yaratsın.
Yaxşı bəs Azərbaycanda özünü xeyir cəbhəsinə aid etmək istəyən, şərr qüvvələrin caynağından qaçmaq istəyənlərin vəzifələri nədir? Nə etməlidirlər?
Əvvəla, yuxuda olduğumuzu anlamalı, qəbul etməliyik və ayılmağa cəhd göstərməliyik. Necə? Düşünməklə, mütaliə ilə, xeyir qüvvəsinin ideologiyalarını, dinimizi və tariximizi öyrənmək ilə. Ən önəmlisi Allaha bağlanmaqla, gecələr ağlamaqla, günahdan qaçmaqla, namaza dəyər verməklə, haqq cəbhəsinin imamları ilə mənəvi bağlantı yaratmaqla. Haqqı şəxslərlə deyil, prinsiplərini mənimsəməklə tanımaqla. Dünyaya bağlanmamaqla. Daxili xəstəliklərimizi kəşf edib, nəfsi islahla məşqul olmaqla. Hələ də çoxları Quran oxuya bilmir və ya oxumur, hələ də çoxları adi şəri məsələsi üçün alimə zəng edir, hələ də çoxları Allah barədə bir dəqiqədən artıq danışa bilmir və hələ də çoxları paxıllıq və təkəbbür xəstəliyindən əziyyət çəkir.
İkinci, əl-üzümüzü yumalıyıq. Necə? Şərr qüvvəsinin hiylələrini öyrənmək, pərdə arxasını görməyə çalışmaq ilə. Ağıllı və etibarlı insanlardan yapışmaq, müzakirələr aparmaq, aramıza yerləşdirilən şərr qüvvələri üzvlərini tanıyıb, amma ifşa etməmək ilə. Çünki onlar ifşa olunarsa artıq tanımadıqlarımızla əvəzlənəcəklər. Bundan əlavə, özümüzü də ifşa etməməliyik. Düşüncələrimizi və bacarıqlarımızı hayqırmamalıyıq. Düşmənə bizi tanımağa və oxumağa şərait yaratmamalıyıq. Google və süni intellektdən istifadə edənlərə tövsiyəmiz budur ki, bəzən həyat tərzinizdən və düşüncələrinizdən uzaq mövzuları da orada axtarın və soruşun. Çünki orda axtarışa verdiyimiz mövzular bizim psixoloji portretimizi çəkir və artıq şərr qüvvəsi rahatlıqla bizi zərərsizləşdirə bilir. Bizə aid olmayan mövzuları ora daxil etməklə bunun qarşısını müəyyən qədər ala bilərik. Həbsxanada da bu cür idi. Sənin bölmədə, təcridxanada və karantindəki yaşayışından, dediyin sözlərdən, addığın addımlardan və reaksiyalarından səninlə necə davranacaqlarına qərar verir və ona uyğun həbsxanaya göndərirdilər. Adam var qışqırsan coşar. Bu cür insana hörmət edib, utandırmalı və bu cür idarə etməlisən. Adam da var hörmət eləsən özünü güclü hesab edər. Onu idarə etmək üçün sındırmalısan. Böyük işlər görəcək adamlarsınızsa çalışın orada da özünüzü gizlədin. Haqq cəbhəsinin layiqli üzvlərindən olan Muxtar səqəfi kimi. Özünü yetişdir, dediyim mərhələri keç, düşün, qərar ver və icra et!
İcazənizlə bunu da deyim. Hər dini təhsili olana da ruhani gözü ilə baxmayın. Hər tələbəyə xums verməyin. Elə bilirsiz onlar möminlərlə aramıza girə bilər, amma din alimləri ilə aramıza girməzlər? Buna gücləri çatmaz ya həya edərlər? Hacı Abgül ilk hicab qadağasında həbs olunarkən rəsmilərdən biri ona belə demişdi: “Sən buradan çıxanadək biz Abgüllər yetişdirəcəyik”. Onlar nəinki din alimi, hətta mücahid, zülmə boyun əyməyən liderlər də yetişdirə bilərlər. Onların missiasi yuxarılara xəbər çatdırmaq qədər cılız deyil. Onlar həssas zamanlarda həssas qərarlar və çıxışlar etmək üçün lazımdırlar.
İndi nə edək hamıdan şübhələnək? Əlbəttə ki, yox. Amma gözümüz açıq olsun. Bunların mümkünlüyünü qəbul edək. İslami əxlaq, ədəb və ərkanımızı qorumaq şərti ilə bilək ki, hansı ruhanidən nəyi götürməliyik. Kimin dalıyca getməliyik. Kimdən məsləhət almalıyıq. Kimi yalnız yas məclislərimizi zinətləndirmək üçün çağırmalıyıq.
Bütün bunlar yuxudan oyanma mərhələsini lazımı formada icra edəcəyimiz təqdirdə mümkündür.
Üçüncü mərhələ isə, pərdəni kənara çəkmək və xeyir cəbhəsinin qəlblərimizə nurunun saçması üçün şərait yaratmaqdır. Necə? Haqq cəbhəsinin bugünkü nümayəndəsinin düşüncələrini araşdırmaq, təhrifsiz anlamaq, mənimsəmək, onun görmək istədiyi Azərbaycan modelini sözlərinin arasından kəşf etmək ilə. Ən çətini də məhz budur. Nə çox ruhani və möminlər görmüşəm ki, ilk iki mərhələni ustalıqla ötüblər, amma haqq cəbhəsinin müasir dövrümüzdəki nümayəndələrinin düşüncələrindən xəbərsizdirlər! Nə çox mücahidlər gördüm ki, haqq cəbhəsinin nümayəndəsinin fikirlərini onun istədiyi kimi anlamamışlar! Anlamamışlar ki, şərr qüvvələrinin hər bir ölkə üçün fərqli modeli olduğu kimi, haqq cəbhəsinin də fərqli modelləri mövcuddur. Anlamamışlar ki, bir ölkədə uğura səbəb olan model başqa bir ölkədə böhranlara səbəb ola bilər! Anlamamışlar ki, maddi və mənəvi enerjilər və resurslar hər xeyirli işə deyil, şərr qüvvəsinin layihələrinin önündəki işlərə xərclənməlidir! İmamlarımız necə də bu şeylərə fikir vermiş və hərəsi öz zəmanəsində şərr qüvvələrinin barmaq qoyduğu yerlərə güc və qüvvələrini səfərbər etmişlər. Bəziləri də ümumiyyətlə birinci mərhələni keçməmiş ikinci və üçüncü mərhələnin iddiasındadırlar. Sanki yuxudadır və hələ oyanmayıb. Yuxuda görür ki, oyanır, əl-üzünü yuyur və pərdəni kənara çəkir. Onların həqiqi yuxudan oyanması üçün güclü bir tərpəniş lazımdır.
Bəlkə də çoxlarınız “moizə bəsdir. Bizə bu hicab məsələsilə bağlı nə edəcəyimizi söylə” deyirsiz. Bəlkə də bəziləriniz “sən özün hansı mərhələdəsən?” deyə soruşmaq istəyirsiniz.
Gəlin ikinci sualdan başlayaq. Çalışıram. Dua edin haqq cəbhəsi məni qəbul etsin. Özümü hələ tapa bilməmiş sərgərdanam.
Hicab qadağası məsələsinə gəlincə. Onu deyim ki, hicab qadağasına görə mütləq narahat olmalıyıq. Amma ən az o qədər də nazirliyin bu ədəbsiz hərəkətinə görə narahat olmalıyıq. Sənə kim haqq verib ki, xalqın hissiyyatı ilə oynayasan? Sən güya bu dırnaq arası qərarı verəndə bilmirdin ki, bəziləri ondan hicabın qadağan olunduğunu anlayıb, narahat ola bilər? Bilmirdin? Yaxşı, bəs niyə bilən kimi, dərhal açıqlama verib, bu narahatçılığa son qoymadın? Bizi bu məsuliyyətsiz davranışlar da narahat etməlidir. Dünyəviliyi qoruyanların dünyaya bağlı olub, bizi təhqir etmələri də narahat etməlidir.
Praktiki olaraq isə nə deyim vallah. Ümumiyyətlə, şərr cəbhəsini tanıdın, ana planlarını bildinsə mədəni surətdə bununla mübarizə aparmalısan. Əgər şərr cəbhəsi bugün ailələri dağıtmaq istəyiesə sən pul və enerjinin əksər hissəsini xeyriyyə işlərində bada verməməlisən. Xeyriyyə işlərinə gedən pul bada gedər? Kasıblara yardım etmək nə vaxtdan pisdir ki? Əzizim əgər sən danışdıqlarımdan sonra hələ də belə düşünürsənsə zəhmət olmasa saxla səs yazısını. Allah qəbul eləsin xidmətlərini. Səsimi dinləyənlər isə bilsinlər ki, haqq cəbhəsinə qulluq edib, etmədiyimizi bilmək istəyiriksə şərr cəbhəsini nə qədər narahat etdiyimizə və ana planlarını nə qədər pozduğumuza baxmalıyıq. Birincisi mən demədim xeyriyyə işi ilə məşqul olmayaq. Dedim ki, əsas enerjimizi ora xərcləməyək. İkincisi xeyriyyə işləri indiki mərhələdə onları narahat etmir. Üçüncü isə aramıza ruhani yerləşdirənlər xeyriyyəçilər yerləşdirməz sizcə? Yüksək səviyyədə. Həm professional ehtiyaclı şəxslər yetişdirib aramıza salırlar, həm də öz işinin ustası olan xeyriyyəçilər. İnanmayacaqsınız amma bəzən Fələstinə də dəstək toplayacaqlar.
Bəlkə də çoxlarınız hələ də “xəbərin var? Sən hələ də hicab qadağası ilə bağlı həll yolu təklif etməmisən” deyirsiniz.
Əziz bacım və qardaşım, deyilənlərdən vəzifə məlumdur. Sivil və mədəni qaydada problem yaranan məktəblərdəki qadağaların həll üçün yorulmadan davamlı iş görmək. Xahiş edirəm yorulmayın, sonadək gedin, gəlin, amma imkan verməyin hicab qadağan olan məktəblərin sayı artsın. Hüquqi müstəvidə əlinizdən gələn nə varsa edin. Məhkəməyə də verin. “Axı bizi tutarlar” deyə düşünürsüz? Belə düşünürsünüzsə bilin ki, sizi artıq tutublar. Bunu niyə etməliyik? Çünki dediyimiz kimi onlar etirazçı qüvvələri aradan aparmalı idilər. Xeyir qüvvəsi isə bu qüvvələri qorumalı və sayını artırmalıdır. Amma tam sivil və mədni formada. Bir müsəlmana yaraşan tərzdə.
Yaxşı bəs sonra nə edək? Xatırlayın görüm onlar başqa nə edəcəkdilər? Bilmirəm neçəniz xatırladı, amma onlar həm də xalqda hicab və hicablılara qarşı nifrət və aqresiya yaratmalı idilər. Deməli biz də xalqa sevdirməliyik özümüzü. İstər geyimimizlə, istər davranışımızla, istər təhsilimizlə. Və bilin ki, şərr cəbhəsinə qarşı olan hər bir fəaliyyətimiz cihad hökmündədir. Əziz hicablı bacım, sənin sinifdə nümunə olmağın bir cihaddır, xeyir qüvvəsinə dsətəkdir. Əksinə, sənin mənfi mənada barmaqla göstərilməyin şərr cəbhəsinin pnlarının reallaşmasına kömək edir.
Tək bu mövzuya deyil, bütünlüklə ölkədə və beynəlxalq aləmdə gedən proseslərə şərr və haqq cəbhəsinin mübarizəsi kimi dəyərləndirin. Ölkədə reper Qaraqanın kitab və səs yazılarından tutmuş, Ruhi Çenetin yəhudilər barədə çəkdiyi video və Fələstinə yardım yığmasına qədər. İlk öncə ana planlarını kəşf edin. Sonra o planları həyata keçirmək üçün mərhələli layihələri üzə çıxarın. Sonra da öz gedişlərinizi planlayın.
Hə bir də bütün bunların kənarında haqq cəbhəsində olanları tapıb, əlaqəyə keçməyə çalışın. Ehtiyatlı olun. Haqq cəbhəsi cildinə girmişlərə qoşulmayasınız. Bəs onları necə tanıyaq? İlk olaraq Allahdan yardım diləyin, bəsirət istəyin. Sonra da o şəxsi müxətlif yönlü imtahan edin və belinizi ona söykəməyə tələsməyin.
Əgər məni haqq cəbhəsinə namizədlərdən bilsəniz əvvəla mənim üçün çoxlu dua edin. Sonra da nömrəmi ekrana yerləşdirirəm. İstəsəniz vatsap və ya telegramda əlaqəyə keçə bilərsiniz və sosial şəbəkələrdəki kanallarımı izləyə bilərsiniz. Amma bu barədə də ehtiyatınızı özünüz tutun. Və çalışın ilk növbədə haqq cəbhəsinin bölgənizə yaxın nümayəndə və ya üzvlərini tapasınız.
Sonda bir məsələni də qeyd edim. Bütün bu fəaliyyətləriniz haqq cəbhəsi üçün olsun, öz şəxsi mənafe, həyat, eqo, hörmət, abırınız üçün yox. Muxtarnamə filmində müslüm bir yerdə çox peşman olur. Görür ki, Süleyman Xuzai kimi böyüklərdən bəzilərinin Yezidlə problemi öz şəxsi eqolarına görədir. Zahirdə baxanda imam Hüseyni (ə) dünyalarına görə yox, axirətlərinə görə çağırıblar. Zahidlik, ibadət, xeyriyyə məqsədləri üçün mübarizə aparırlar. Amma məsələnin içində bir “mən” var. O hissəyə bir də baxın. Müslümün baxışlarındakı narahatçılıqdan zəmanə imamınızın niyə zühur etməməsinin səbəbini anlayın. Hansı serianın neçənci dəqiqəsi olasını məndən soruşmayın. Zəhmət çəkin, dayanmayın. Sonra dünya və axirətimiz üçün gec ola bilər.
Sözüm çoxdur əslində. Qalanlarınızı bəlkə qulağınıza pıçıldadım.
Salam olsun haqq cəbhəsinə!
Salam olsun yuxuda olanlara və oyananlara!
Salam olsun əl-üzünü yuyub, pərdəni açanlara!
Salam olsun həyatda özündən tez-tez “niyə” soruşanlara!
Salam olsun “niyə”lərinə “çünki”si olanlara!
Salam olsun müntəzirlərə, yəni mövcud vəziyyətlə razılaşmayanlara!
Yuxudadılarsa bununla, əl-üzlərini yumayıblarsa bununla, pərdəni açmayıblarsa bununla razılaşmayanlara!
