Ailə başçısının özəllikləri - İlahiyyatçı Rüfət Quliyev (9)
Mövzu 9: Ailə başçısının özəllikləri
Bugünki mövzumuz ailə başçısının xüsusiyyətləri haqqındadır. Ailənin məsuliyyətini öz üzərinə götürən şəxsin hansı özəllikləri olmalıdır?
Birincisi, əhdə vəfalı olmalıdır. Məsul şəxsin ilk və ən önəmli özəlliyi vəfalı olmasıdır. Hər müdir hansı məqamda olursa olsun öhdəsində olan vəzifələrini icra etməkdə vəfalı olmalıdır. Yəni işinə xəyanət etməməlidir, vəzifələrini icra etdikdə xəyanətə yol verməməlidir. Ailə məsələsində də bu cürdür. Ailənin məsuliyyətini üzərinə götürən şəxs öz məsuliyyətinə nisbətdə vəfalı olmalıdır.
İkinci xüsusiyyət və ikinci özəllik Allah qorxusudur. Layiqli bir müdürin qəlbində daima “görəsən, vəzifəmi Allahın bəyəndiyi şəkildə düzgün icra edə bilirəmmi?” qorxusu var. Belə bir şəxsin qəlbində daim narahatçılıq, nigarançılıq hiss edir. Səhlənkarlıqdan qorxur, həmişə işinə diqqətlə yanaşır. "Rəd" surəsinin 21-ci ayəsində buyrulur:
"Öz Rəbblərindən qorxurlar və hesab - kitabın çətinliyindən qorxudadırlar".
Ailədə də belədir. Ailənin məsuliyyətini üzərinə götürən şəxs vəzifəsinə düzgün icra edib - etməməsi üçün daim narahatdır.
Üçüncüsü, mehriban rəftar etmək. Layiqli müdürin xüsusiyyətlərindən biri də budur ki, tabeçiliyində olan şəxslərlə mehriban davransın, imkan daxilində onların pis işlərinə mehribançılıqla cavab versin, problemləri və əmrdən yayınmaları ən düzgün şəkildə aradan qaldırsın. Hər növ qəzəbdən və diktatorluqdan çəkinsin. Bəzən tədbirli və ağıllı bir müdir məhəbbət üzündən bir təbəssümlə belə ciddi problemlərin qarşısını ala bilər.
"Rəd" surəsinin 22- ci ayəsində buyrulur:
"Pisliyi yaxşılıq ilə aradan aparırlar."
Ailədə də bu cürdür. Ailə başçısı bu keyfiyyətlərə sahib olmalıdır: məsuliyyətinə qarşı vəfalı olmalıdır, məsuliyyətinə qarşı nigarançılığı olmalıdır və ailənin hər bir fərdi ilə imkan daxilində mehriban davranmalıdır.
https://t.me/Mizanmaarif
