Allahşünaslıq (3) - İlahiyyatçı Firuz Yaşaroğlu / Əqaid dərsləri (3)
Əqaid dərsi:
Mövzu 3: Allah barədə araşdırma aparmağın etməyin zəruriliyi (1)
Bildiyiniz kimi keçən dərsimizdə biz üsuliddin haqqında siz əzizlərə məlumat verdik və dərsin sonunda bu sualı siz əziz izləyicilərin nəzərinə çatdırdıq ki, nə üçün üsuli-din barəsində, ümumilikdə dinlər və Allah barəsində araşdırma aparmalıyıq? Nə zərurəti var? Olmaz ki, bu dərslərə vaxt qoymayıb, bundan önəmli həyatımızın başqa-başqa, zəruri məsələləri haqqında araşdırma aparaq? Bu günkü dərsimizdə bu sualı cavablandıracağıq:
Nə üçün biz dinlər barəsində araşdırma aparmalıyıq? Nə üçün əqaid elmi barəsində, xüsusilə də, Allah barəsində təhqiq etməliyik?
Bu sualı cavablandırmamışdan öncə bir məsələni əziz müsəlman bacı-qardaşların nəzərinə çatdırdıq. Demək olar ki, bütün müsəlman məzhəbləri arasında qəbul olunmuş məsələdir ki, hər bir insan din, haqq olan din, xüsusilə də, Allah barəsində üsuli-din barəsində vaxt qoysun tədqiqat aparsın və haqq olan dini taparaq, həqiqətəndə Allahın olmağına etiqad bəsləyib iman gətirsin. Bunu demək olar ki, bütün müsəlman fìrqələri qəbul edir. Müsəlman fìrqələri dedikdə fíqhi baxımdan olan məzhəb nəzərdə tutulmur. Məqsəd əqaid elmində olan məzhəblər nəzərdə tutulur.
Bildiyiniz kimi İslam dini arasında üç böyük məzhəb vardır ki, onlardan biri “imamiyyə” - Əhli- beyt (ə) davamçıları, şiə alimləridir. İkinci dəstə “mötəzilələrdir”. Sünni əhlinin bir çoxu mötəzilə məzhəbinə etiqadları var. Üçüncüsü isə “əşarilər”dir. Bu üç dəstə əqaid elmində xüsusi məzhəbə, xüsusi görünüşə malikdirlər. Əşarilər dinin, hətta əqidə məsələlərində də nəqlə (Quran ayələrinə), Peyğəmbərin (s) kəlamına söykənməyi vacib bilirlər. Onlarda əqidəvi məsələlərdə əqli məsələlərdə, hətta yeri yoxdur. Bu əşarilərin sözüdür. Biz gələn dərslərdə əşərilər, onların xüsusi fikirləri, habelə mötəzilələrdən nə kimi fərqləri olduğu haqqında geniş məlumat verəcəyik.
Bu dərsdə çatdırmaq istəyirəm ki, əqidə elmində istər əşəri, istər mötəzilə, istərsə də biz şiələr və imamiyyələr olsun, hər birinin əqidə və inancı budur ki, haqq olan din barəsində, Allah barəsində araşdırma aparmaq vacibdir. Bunun vacib olmağında məzhəblər arasında heç bir ixtilaf yoxdur. Nümunə olaraq, əşarilərdən bir mətləbi qeyd etmişəm ki, Qazi Əbdürrəhman İci İlmə Vaqif fì elmində Kəlam kitabında cild 1,səhifə 147-də bizim bu iddiamızı açıq-aşkar surətdə qeyd etmişdir.
Altıncı bəhsimiz Allahın mərifəti barəsindədir. Allahın mərifəti barəsində bəhs etdikdən sonra bir mətləbə işarə edərək deyir. Allah barəsində mərifət kəsb etmək vacibdir. Bu vaciblik şəri vaciblik deyil. Əqli baxımdandır. Əlbəttə, bu özü əqli olmağını qəbul etmir. Əqidə elmində fìqhi vaciblik nəzərdə tutulmur. Allah barəsində mərifət kəsb etmək həm bizim, həm əşarilərin nəzərində, həm də mötəzilələrin nəzərində vacibdir. Əsli vaciblikdə şəkk və şübhə yoxdur. Bütün alimlər istər mötəzilələr, istər əşəri olsun Allah barəsində mərifət kəsb etməyin vacibliyini qəbul edirlər. Lakin bu vacibin mənşəyi nədir? Görürük ki, insanlar gəlib. Bu insanlar zahirdə düzgün insanlar olublar. Heç bir insandan, heç bir dəvətlərinin qarşısında muzd istəməyiblər və insanları Allaha dəvət ediblər. Deyiblər ki, Allah vardır. Bu dünya həyatı bitdikdən sonra başqa bir aləm vardır. Hər bir insan bu dünyada etdiyi əməlləri qarşısında sabah axirət aləmində cavabdehdir. Bu inkarolunmazdır. Hətta kafìrlər belə bunu qəbul edirlər ki, tarixdə belə insanlar olub. Biz onların adını peyğəmbər (ə) qoyuruq. Onlar peyğəmbərlər (ə) qoymasa da, deyirlər, bilirlər, inanır və qəbul edirlər ki, tarixdə belə insanlar olub. Əgər belədirsə, istər-istəməz insanların dediyi ilə, peyğəmbərin (ə) dediyindən bizə elm yəqin gəlməsə belə, ehtimal verilir ki, onların dediyi düzgün olsun. Düzgün olarsa, nəticədə bizim aqibətimiz xətərli olacaq.
Mümkündür ki, biz əbədi cəhənnəmə, əzaba düçar olaq. İnsanın ağlı hökm edir. Əsl dəlil budur. İnsanın ağlı hökm edir ki, bu insanlar, bu peyğəmbərlər (ə) gəlib iddia ediblər ki, Allah var, qiyamət var, cənnət var, cəhənnəm var. Ağıl hökm edir ki, bunlar haqqında araşdırma aparmalıyıq. Görək bunların dediyi həqiqətdir, yoxsa yox? Əgər həqiqət olarsa, çox gözəl. Bu həqiqətin qarşısında baş əyək, qəbul edək və peyğəmbərlərin (ə) dediyinə əməl edək ki, aqibətimiz düzgün olsun. Peyğəmbərlərin (ə) iddiası haqqında, din haqqında araşdırmanın vacib olmağını bizim ağlımız da dərk edir. Peyğəmbərlərin (ə) dediyindən bizə yəqin gəlməlidir. Səbəblərdən biri budur ki, əvvəla, düz danışırlar. Həyatlarında zərrə qədər günah etməyiblər. İnsanları düzgünlüyə, yaxşılığa, ədalətə dəvət ediblər. Bunların sözündən bizə yəqin gəlməlidir ki, bunlar düz danışırlar. Allah var, axirət var. Lakin yəqin gəlməsə də, ən azından ehtimal var. Bu ehtimalın olmağı kifayət edir ki, biz din barəsində araşdırma aparmalıyıq. Elə bu baxımdan bizim alimlərimiz bu dəlilin adını "ehtimal verilən zərəri özündən uzaqlaşdırmaq" qoyublar. Bu dəlilə əsasən, hər bir insanın ağlı, istər bu insan müsəlman, istər Əhli-beyt davamçısı olsun, ya da olmasın, şiə olsun, ya da sünni olsun, ağıl müstəqil olaraq hökm edir ki, biz din barəsində araşdırma aparmalıyıq. İnşallah növbəti dərsdə o biri dəlillərə işarə edərik.
