Allahşünaslıq (8) - İlahiyyatçı Firuz Yaşaroğlu / Əqaid dərsləri 8
Əqaid dərsi:
Mövzu 8: Allahı tanıma dəlilləri
Allahı tanımağın yolları nədir? hansı dəlillər əsasında biz Allahı tanıya bilərik? Keçən dərsdə işarə olundu ki, Allahın varlığı Quran məntiqinə əsasən, dəlilə ehtiyacı yoxdur. Hər bir insan öz vücudunda Allahın varlığını dərk edir, dildə inkar etsə belə qəlbən, vicdanən, fitrətən bilir ki, məni yaradan var, mən özüm özümü yaratmamışam. Bir varlıq vardır ki, maddənin fövqündə durur və bütün aləmə hakimdir, bütün aləmi idarə edir. Hər bir insan öz vücuduyla bunu dərk edir, bunun kənarında böyük alimlərimiz, islam filosofları habelə, qeyri müsəlman olan fisoloflar da öz həddlərində Allahın vücudu üçün müxtəlif dəlillər və müxtəlif arqumentlər gətirmişlər. İslam dairəsində filosofların özlərinə məxsus çox dəqiq dəlilləri vardır. Fəlsəfi dəlillər ümumi insanların dərkindən bir az uzaqdır amma, çox dəqiqdir heç bir irad və nöqsanı yoxdur. Biz burda bir sıra dəlilə istinad etmişik ki, biri də filosofların dəlilidir, bu dəlilin adına dəlili “imkan və vücub” deyirlər. İnşallah bunun haqqında növbəti dərslərimizdə danışarıq. İkinci dəlil mütəkəllimlərin, kəlam elmlərinin, kəlam alimlərinin dəlilləridir. Bu dəlilin adı “hudus” dəlilidir. Üçüncü dəlil isə bütün insanların dərdinə dəyən “nəzm” dəlildir. Qurani Kərimdə bu dəlilə həddindən artıq çox təkid edir. Dördüncü dəlil “hərəkət” dəlilidir. Adətən təbiət aləmindən təfəkkür etmək vasitəsilə Allahı isbat edən alimlər hərəkət dəlilinə söykənirlər. Beşinci dəlil “fitrət” dəlildir. Quran buna da təkid edir. Biz keçən dərsimizdə işarə etdik ki, hər bir insan fitri olaraq Allahı qəbul edir, Allaha mərifəti vardır. Altıncı dəlil ariflərin ürəfəların dəlilidir. Onlar Allahın vücudunu o qədər aksioma bilirlər ki, onlar deyirlər:
“Biz Allahı vücudumuzla dərk edirik hətta, dərkdən də yuxarı Allahın vücudunu qəlbən və vücudən biz hiss edirik”.
Altı nümunədə də dəlillərə işarə olunub. Bu dəlillərin hər birinin özünəməxsus imtiyazları, həm də bəzi irad və işqalları var. Filosofların dəlili çox möhkəm, əqli bir dəlildir və bunu heç bir şəxs edə bilməz amma, buna baxmayaraq, filosofların dəlilləri özünəməxsusdur, bu dəlilləri ancaq fəlsəfi və əqli elmlərlə məşğul olan insanlar olduğu kimi dərk edib, başa düşə bilərlər, sıravi insanlar bunları heç vaxt anlaya bilməz. Məsələn, Burada təsəlsül batil olmaq, habelə, imkan, vucub məsələləri özünü göstərir. Bu və bu kimi çətin terminlərin özünəməxsus izahları var. Əgər biz bu dəlilləri izah etməyə çalışsaq hər bir termini bir dərsdə izah edib bitirə bilərik. Həmçinin terminləri izah etmək bizi dərsimizin hədəfindən də uzaqlaşdıracaq. Belə ki, bizim hədəfimiz ümumi insanları dərk edə biləcəyi dəlillər vasitəsilə Allaha yaxınlaşdırmaqdır.
Birinci dəlil filosofların dəlilidir. Bu dəlil çox möhkəm, irad olunmaz bir dəlildir amma, bu bütün insanların dərdinə dəyməz. İkinci dəlil mütəkəllimlərin dəlilidir. Mütəkəllimlərin dəlili filosofların dəlilinə nisbətən sadə olmağına baxmayaraq, onun da özünəməxsus bəzi irad və nöqsanları var. Filosoflar mütəkəllim kəlam alimlərinin bu dəlillərin möhkəm bilmir, irad tuturlar. Həqiqətəndə bu irad öz yerində tutarlıdır. Üçüncü dəlilə Quran təkid edir və ümumi insanlar da bunu dərk edə, bunun vasitəsilə Allahın vücudunu və varlığının isbat edə bilərlər - bu nəzm dəlildir. Allah-mütəal Quranda bir çox ayələrdə, həmçinin “Ğaşiyə” surəsinin 17 və 18 və bunun davamında da bəzi ayələrində insanları yaranmış aləmə diqqət yetirməyə dəvət edir. Nümunə olaraq dəvəyə diqqət yetirək. Dəvə Allahın yaratdığı bir heyvandır, amma Allah mütəal buyurur:
“Bu insanlar nə üçün dəvənin xilqətində təfəkkür etmirlər, nə üçün nəzər etmirlər, nə üçün ibrət gözüylə baxmırlar ki, Allahın varlığını dərk etsinlər, nə üçün göyə nəzər etmirlər ki, bu göy necə yuxarıda qalmışdı, necə qalxıb bu vəziyyətə gəlmişdir, bu dağlar necə yerində qərar tapmışdır, yer necə insanların ayaqları altında fərş olaraq qərar tapmışdır”.
Həqiqətdə Allah-mütəal insanları bu aləmdə yaratdığı müxtəlif məxluqatda özünü göstərən nəzm və intizama dəvət edir və bunun vasitəsilə istəyir ki, bizi Allahın vücuduna yönəltsin. Bu bir nümunədir bunun kimi nümunələr Quranda çoxdur başqa bir ayədə “Fussilət” surəsinin 53 ayəsində Allah buyurur:
“Biz insanlara öz nişanələrimizi göstərmişik və göstərəcəyikdə. Həm insanların öz vücudunda həmdə xarici aləmdə”.
Allah buyurur ki, biz öz varlığımızı insanlara isbat etmək üçün öz nişanlərimizi həm xarici aləmdə, həm də insanın öz daxili aləmində onlara göstərmişik. Əgər onlar nəzər etsələr, baxsalar bilərlər ki Allah haqqdır, bu aləmin, insanın yaradanı var insan öz özlüyündə vücuda gəlməmişdir. Allah-mütəal bu ayədə insanları həm öz xilqətində, həm də ətraf mühitdə (xarici aləmdə) təfəkkür üçün, Allahı dərk etmək üçün dəvət edir. Elə bu səbəbdən də Hz Əli (ə) buyurur:
“Özünü tanıyan hər kəs Rəbbini də tanımış olar”.
Buna əsasən insanın öz xilqətində belə o qədər nəzmu intizam vardır ki, insan bu nəzmə diqqət yetirməklə, bu nəzmu intizamı təfəkkür etməklə, bu nəzmi yaradanıda tanıya bilər. Casiyə surəsinin 3 cü ayəsində Allah-mütəal buyurur:
“Ey insanlar həqiqətən, iman gətirən şəxslər üçün göylərin və yerin yaradılışında nişanələr var”.
Əlbəttə bunu mömin insanlar, Allaha imanı olan insanlar edə bilərlər. Ancaq onlar ətraf mühit vasitəsilə Allahın vücuduna iman gətirərlər. Əlbəttə bu ayələrin təfsirə də ehtiyacı var mən zahiri tərcüməsinə isrinad edirəm. Bu ayələrin vasitəsilə bu mətləbi çatdırmaq istəyirik ki, Quran ayələri nəzm dəlilinə həddindən artıq çox təkid etmişdir. Nəyinki yerin, göyün yaradılışında bəlkə sizin öz xilqətinizdə də, həmçinin yerdə müxtəlif mühitlərdə, səhralarda, meşələrdə, dəryalarda, pərakəndə olub yayılmış heyvanatların özündə də nişanələr vardır. Gecənin, gündüzün gəlib getməyində belə Allah üçün nişanələr vardır. Buna əsasən Quran nəzm dəlilinə həddindən artıq çox təkid edir, gərək nəzm dəlili vasitəsilə biz bu aləmə nəzm verən varlığı, bu aləmdə nəzmi yaradan varlığı tanıyaq. Bu nəzm dəlili ən möhkəm dəlillərdən biridir. Bunun imtiyazlarından biri də budur ki, savadından, elmindən asılı olmayaraq bütün insanlar bunu dərk edə bilərlər, elə bu səbəbdən də Quran bütün insanlara – savadlı, savadız insanların hamısına nazil olduğu üçün bu dəlilə həddindən artıq çox təkid edir. Hər bir insan nəzm dəliliylə Allahı isbat edə bilər. Burada nəzm dəlilin əhəmiyyətinə və bunun digər dəlillərindən olan imtiyazına işarə etmək istəyirik. Nəzm dəlili bütün insanlara aiddir. Savadı olmayan insanlar belə bu dəlilin vasitəsilə öz Allahını tanıya bilərlər.
Əziz peyğəmbərimiz səhabələriylə bir evin yanından keçirdilər. Onlar gördülər ki, bir xanım öz həyətində əyləşmiş, əlində o zamanki dövrdə sap düzəltmək üçün cəhrə əyirir. Peyğəmbərimiz səhabələriylə bu xanıma salam verdikdən sonra buyurdu:
“Ey xanım de görüm Allahını nə ilə tanımısan, yəni Allahı tanımağa sənin dəlilin var yoxsa yox?”
Elə o an qoca xanım fırlatdığı cəhrəndən bir anlığa əlini çəkdi. Təbii ki, cəhərədən əlini çəkən kimi cəhrə dayandı. Cəhrə dayanandan sonra xanım üzünü peyğəmbərə tutub dedi:
“Ya Rəsulullah mən Allahımı bu cəhrəylə tanımışam”
Peyğəmbərimiz dedi: “Necə yəni bu cəhrənin vasitəsilə tanımısan?”
Xanım dedi: “Ya Rəsulullah əgər bu balaca bir cəhrəni fırlanmağında mənim kimi zəif qadına, qoca bir qarıya ehtiyac varsa nə cür ola bilər ki bu yerin, göyün, ulduzların, ayın, günəşin xaliqi, yaradanı olmasın. Əgər gecə, gündüz varsa, fəsillər ardıcıl olaraq gəlib gedirsə, bunun hamının bir nəzimə, yəni nəzm verənə, yaradana ehtiyac var. Əgər bu yaradan olmasa, bu nəzm, intizam da olmaz, gecə-gündüzün gəlişinin mənası olmazdı”.
Bu xanım da öz dərki vasitəsilə, nəzm dəliliylə Allahın vücudunu və varlığın isbat etmişdir. Bu hadisədən sonra peyğəmbərimiz üzünü səhabələrinə tutub buyurdu:
“Siz də ən azından bu xanım kimi Allahınızı tanıyın, bu qoca qarının dinini sizə tövsiyə edirəm, vəsiyyət edirəm”.
Yəni, bu qarı öz səviyyəsində Allahın vücuduna dəlili, arqumenti vardır. Hər bir insan gərək öz Allahını isbat etsin. Lakin, birinin savadı çoxdusa gərək möhkəm dəlil olsun, birinin savadı azdırsa öz tutumu dərəcəsində Allahın varlığını isbat edə bilər. Nəzm dəlili digər dəlillərdən fərqli olaraq həm ümumi insanlara aidiyyatı vardır, həmdə Quran bu məsələyə çoxlu ayələrdə təkid etmişdir.
