Allahşünaslıq (9) - İlahiyyatçı Firuz Yaşaroğlu / Əqaid dərsləri 9
Əqaid dərsi:
Mövzu 9: Filosofların “İmkan və vücub” dəlili
Bugünki dərsimiz Allahın varlığını isbat etmək üçün olan “imkan və vücub” dəlili haqqındadır. Biz ötən dərslərdə qeyd etdik ki, Allahın varlığı baxmayaraq ki, insanlar üçün aksiomadır və heç bir dəlilə ehtiyacı yoxdur, amma buna baxmayaraq alimlərimizin hər biri müxtəlif sahələrdə Allahın varlığını sübut etmək üçün bir sıra dəlilləri bəyan etmişlər. O dəlillərdən biri filosofların dəlilidir. Xüsusilə də, İslam alimləri, İslam filosofları imkan və vücub dəlili ilə Allahın varlığını isbat edirlər. Baxmayaraq ki bu dəlil həm möhkəmdir, həm də iradə malik deyil, lakin bir nöqsan var ki, bir az çətindir deyə bütün insanlar bu dəlili anlamaqda, qavramaqda çətinlik çəkirlər. Bu dəlili qısa da olsa sizlərə çatdıracağıq ki, kim istifadə edə bilsə, bəhrələnər, bəhrələnə bilməsə, digər dəlillərə müraciət edə bilər. Əsl dəlilə başlamazdan öncə, burada bir neçə termini izah etmək istəyirik. Baxmayaraq ki, Azərbaycan dilinin lüğətində də bunun sinonimi olan kəlmələr vardır. Lakin dərsliyimiz ərəb dilində olduğu üçün elə həmin kəlmələrdən istifadə edəcəyik. Bir təfsimdə alimlərimiz bu varlıq məhfumunu 2 yerə bölürlər: vacib-əl-vücud və mümkün-əl-vücud. Əlbəttə, bu iki kəlmədən başqa bir kəlmə də var (mumtənil əl vücuddur) lakin bizim bəhsimizə aid olmadığından onu izah etməyəcəyik.
Vacib əl vücud o varlığa deyilir ki, o varlığın vücudu özündən olsun. Və ona vücudu, varlığı bir başqası verməmişdir. Buna vacib əl vücud zati deyirlər. Vücuda gəlməkdə hər hansı səbəbə ehtiyacı yoxdur.
Lakin ikinci vücud mümkün əl vücuddur. O isə zatı etibarilə onun mövcud olub-olmamağı bərabərdir. Yəni bəzi varlıqlar vardır ki, misal üçün Zeyd ibn Ərqəm hal-hazırda mövcud ola bilərdi, amma olmayıb.
Bəzi varlıqlar vardır ki, indi bizim dəlilimizə aidiyyəti yoxdur, buna deyirlər müntəl əl vücud, yəni onun mövcud olması ümumiyyətlə mahaldır, mümkün deyil, qeyri-mümkündür ki, vücuda gəlsin. Məsələn bir şeyin eyni zamanda həm ağ, həm də qara olması qeyri-mümkündür. Aləmdə elə bir varlıq tapa bilməzsiniz ki, eyni anda həm ağ, həm də qara olsun. Olmayıb, indi də ola bilməz, qiyamətə qədər də olmayacaq, buna deyirlər muntəl əl vücud. Belə bir varlığın vücuda gəlməsi qadağandır. Deməli varlıqlar ya vacib əl vücuddur, ya da mümkün əl vücuddur. Muntəl əl vücud isə yoxdur, sadəcə təsəvvürdür, yəni insan zehnində təsəvvür edə bilər, amma bunun mövcud olması qeyri-mümkündür.
2-ci mərhələdə bunu da gərək bilək ki, hər mümkün əl vücud vücuda gəlməsi üçün bir səbəbə ehtiyacı var. Bir varlıq ki, həm mövcud ola bilərdi, həm mövcud olmaya bilərdi, əgər vücuda gələrsə bunun bir illətə, yəni səbəbə ehtiyacı var. Hər bir mümkün əl vücud mövcud olmaq istəsə bunun bir səbəbə ehtiyacı var. Səbəbi olmadan vücuda gəlməsi mümkün deyil.
Bunları anladıqdan sonra gərək bunlardan imkan və vücub dəlilini bəyan edək. Bu aləm, ətrafımızda olan hər şey mümkün əl vücuddur. Yəni vücudu özündən deyil, ona başqa bir varlıq vücud vermişdir. Danılmaz faktdır ki, onlara vücud verən başqa bir varlıq var, bunların vücudu özündən deyil. Deməli, səbəbə ehtiyacı var. O səbəb nədir? Onlara varlıq verən özü də mümkün əl vücud olsa, onun da varlığı özündən olmasa, o da varlığını başqa bir varlıqdan alıbsa, təbii ki həmin sualı onun barəsində də verərik. Fəlsəfi qanuna əsasən hər mümkünün bir səbəbə ehtiyacı var. Əgər bu silsilə daimi olarsa, müəyyən bir varlıq ki, vacib əl vücud olsun, öz varlığını başqasından almasın ona təsəlsül, yəni batil deyərlər. Desək ki, məsələn bir varlıq vücudunu başqa varlıqdan alıb, bu da mümkün əl vücuddur. Oda varlığını başqa mümkün əl vücuddan alıb. Buna da ərəb dilində dövr deyirlər. Fəlsəfədə isbat olunub ki, həm dövr batildir, həm də təsəlsül, yəni mümkün deyil ki, bir məlulun bir illəti olsun, o illət özü də məlul olsun və bu silsilə sonsuzluğa qədər davam etsin. Eyni zamanda bir şey həm illət (səbəb) olsun, həm məlul (nəticə), buna deyirlər bir şey öz vücuduna bağlı olsun, bu da mümkün deyil.
Allah mütəal Quranın “Fatir” surəsinin 15-ci ayəsində bütün insanlara müraciət edərək buyurur : “Ey insanlar, siz fəqirsiniz . Amma Allah mütəal ehtiyacsızdır, tərifə layiqdir ".
Fəqirsiniz yəni ehtiyaclısınız. Siz öz vücudanuzda belə Allaha möhtacsınız. Diqqət edin bu ayənin zahiri mənasında belə başa düşə bilərik ki, maddi baxımdan biz öz ruzimizdə, öz dünyəvi ehtiyaclarımızda Allaha möhtacıq. Amma Allah-təala ehtiyacsızdır. Bu məna düzgündür, amma Quranın ayəsinə səthi baxışdır. Alimlərimiz bu ayəyə dərin baxışla müraciət ediblər və bu nəticəyə gəliblər ki, Allah bəlkə demək istəyir ki, ey insan, siz öz vücudunuzda belə Allaha möhtacsız. Hətta ariflərimiz bundan da dərin məna ələ gətiriblər. Fəqir kəlməni bu mənaya gətirirlər ki, bir şey vardır amma fəqirlik onun üçün sabit olub, yəni ehtiyacsız olmaq onun üçün sabitdir. Ariflər bundan da bir mərhələ yuxarı nəzər edərək buyururlar ki, insan və insanın kənarında bütün varlıqların hamısı öz vücudunda belə Allaha ehtiyaclıdırlar. Amma Allah-mütəal heç bir şeydə, o cümlədən öz vücudunda, varlığında heç bir şeyə ehtiyaclı və möhtac deyildir. Buna əsasən bu ayəni şahid gətirə bilərik baxmayaraq ki, Allah birbaşa bu ayədə vücud və imkan dəlilinə işarə etməyib, amma bizləri o dəlilə yönləndirib. Allah-mütəal “Tur” surəsinin 35-ci ayəsində buyurur:
"Onlar heç bir şeydən yaranmışlar, ya insanlar özləri özlərini yaradıblar?"
Allah istəmir ki, bilmədikləri şeyləri insanlardan soruşsun, istəyir ki, biz iqrar edək ki, bizi bir şeydən yaradan vardır, biz özümüz özümüzü yaratmamışıq. Ateistlər deyir ki, güya dünyada partlayış oldu, insan yarandı və ya insan özü özünü vücuda gətirdi. Bu tamamilə yalan və yalnışdır. Belə bir şey fəlsəfi baxımdan da qəbul olunmazdır. Bir şey ki zatı etibarilə heç bir şeyi yoxdur, yox olan bir şey necə özünə varlıq verə bilər? Bu imkan və vücud dəlili filosofların dəlilidir, amma Quranda olan ayələrin kənarında deyə bilərik ki, bəzi ayələrdə bu dəlilə işarə edilmişdir.
