Kişinin ailədə vəzifəsi (3) - İlahiyyatçı Rüfət Quliyev (13)
Mövzu 13: Kişinin ailədə vəzifəsi 3
Mövzumuz kişinin ailədəki vəzifələri haqqındadır. Kişinin ailədə üçüncü vəzifəsi övlad tərbiyəsidir. Ata ailənin başçısı məqamında olan bir şəxs kimi övladının tərbiyəsində də məsuliyyət daşıyır. Baxmayaraq ki, övladların tərbiyəsində daha çox məsuliyyət ananın üzərindədir, amma ata da bu işdə məsuliyyətdən boyun qaçırmamalıdır. Həzrəti Məhəmməd (s) bu haqda buyurur:
"Övladın atanın üzərində üç haqqı var:
1. Ona yaxşı münasibət qoymalıdır.
2. Ona ədəb öyrətməlidir.
3. Ona Quran öyrətməlidir".
Bilirsiniz ki, İlahi adların müsbət mənəvi təsirləri olduğu kimi münasib olmayan adların da mənfi təsiri var. Ata övladı üçün ən xeyirli adları seçməlidir. Gələcəkdə övladı üçün utancverici xəcalətə səbəb olacaq adlar seçilməməlidir. Ona görə də uzaqgörən atalar övladları üçün daha münasib və daha xeyirli adları seçirlər. Ədəb məsələsinə gəldikdə isə hər bir ata-ana övladlarının gözəl tərbiyələnməsində məsuliyyət daşıyırlar.
Dini mətnlərdə ictimai ədəb qaydaları, ictimai ədəb normaları dini təlimlərin bir hissəsi hesab olunur. Misal üçün insanlar ilə xoş rəftar etmək, onlarla sədaqətli olmaq, onların hörmətini saxlamaq, başqaları haqqında pis danışmamaq və s. Ədəbin bir hissəsi də dini tərbiyədir. Heç kimin başqası haqqında pis danışmağa haqqı yoxdur, yalan məzəmmət olunmuş bir əməldir. Bu haqda imam Əli (ə) oğlu imam Həsənə (ə) yazdığı məktubda buyurur: "Cavan şəxsin qəlbi boş torpaq sahəsi kimidir. Orada əkib becərilən hər bir şeyi qəbul edir. Ona görə də sənin qəlbin qəsavət bağlamamışdan və Allahdan başqasına məkruh olmamışdan əvvəl səni ədəbləndirməyə başladım".
Bu səbəbdən də atalar övladlarının zehni, batil və yalnış təfəkkür fikirlərlə qidalanmamışdan əvvəl övladlarının tərbiyəsi ilə məşğul olmalıdırlar. Onlara düzgün ədəbləri və təlimləri öyrətməlidirlər. Hədisdə qeyd olunan üçüncü məsələ atanın övladına Quran öyrətməsidir. Quranı öyrənib onun təlimlərinə əməl etmək hər bir fərdin dünya və axirət səadətinə nail olmasına zamindir. Ata da övladlarının xoşbəxtlik və səadətə yetişməsi üçün lazımi şəraiti yaratmaqda məsuliyyət daşıyır. Odur ki, səadət bəxş edən düsturlara olduğu Quranı da onlara öyrətməlidir.
Qeyd etdiyimiz hədisdə Quran öyrətmək və ədəb öyrətmək ayrı-ayrılıqda işlənib. Bu da Quranı öyrənməyin əhəmiyyətini çatdırır. Başqa bir hədisdə atanın övladının tərbiyəsindəki rolu belə qeyd olunmuşdur. Qız övladına sahib olub onu yaxşı formada tərbiyə edən, onun yaşayışı üçün lazım olan şeyləri imkanı daxilində təmin edən, Allahın ona verdiyi nemətlərdən qızına da bəxş edən atanın qızı atası Behiştə daxil olana qədər sağdan və sol tərəfdən onun üçün sipər olar. Baxmayaraq ki, bu hədis sırf qız övladları haqqında işlənmişdir, amma onu bütün övladlara şamil etməkdə heç bir maneə yoxdur.
Ola bilsin ki, belə bir sual ortaya çıxsın bəzən görürük ki, bəzi kişilər öz atalıq və ya həyat yoldaşı vəzifələrindən sui istifadə edirlər. Belə olan surətdə həmin kişi yenə də ailənin başçısı və himayədarı hesab olunurmu?
Cavab: Hər bir camiədə, hətta ailədə də məsul şəxsin, rəhbərin, başçının olması zəruridir. Başçı, rəhbər, himayədar, başçılıq, rəhbərlik ilk növbədə məsuliyyət anlamındadır. Yəni başçı məsuliyyət daşıyır. Rəhbərsiz cəmiyyət ola bilməz. Pis rəhbəri olan camiə rəhbəri olmayan camiədən daha yaxşıdır. İmam Əli (ə) bu haqda buyurur: “Camaatın istər yaxşı, istərsə də pis bir başçısı olmalıdır”. Camiədə başçı və rəhbərin olmaması həmin camiədə çala yaradar. Əsas və mühüm olan budur ki, başçı öz öhdəsində olan işə görə Allah dərgahında cavabdeh olacağını bilsin və anlasın. Odur ki, bir cəmiyyətdə bəzi məsul şəxslərin xətaya yol verməsi həmin cəmiyyətdə başçı olmamalıdır anlamına gəlmir. Belə olsa, cəmiyyət də mövcud olmayacaq.
Ailədə də bu cürdür. Kişi ailədə məsuliyyət daşıyır, məsuliyyətinə uyğun vəzifələri vardır. Xanımlar da məsuliyyət daşıyır. Xanımların da vəzifəsi budur ki, kişinin ailənin başçısı olmağını qəbul etsinlər və qorusunlar. Düzdür ki, bəzi kişilər bəzi vəzifələrinin icrasında səhlənkarlığa yol verirlər yaxud vəzifələrini münasib və yaxşı yerinə yetirmirlər. Məsələn: İmkanları olduğu halda ailənin iqtisadi ehtiyaclarını ödəməkdə səhlənkarlıq edirlər, ya da ailənin başçısı olduqlarına görə yersiz əmrlər edirlər, yersiz qadağalar qoyurlar. Belə şəxslər bilməlidir ki, başçı olan şəxs bütün məsələlərə riayət etməlidir və bütün məsələləri idarə etməlidir. Həyat yoldaşı və övladları üçün lazım olan bütün şeyləri imkanı daxilində təmin etməlidir. Maksimum həddə bunun üçün çalışmalıdır. Bundan başqa anlamalıdırlar ki, hər bir şəxs tutduğu vəzifəyə görə, daşıdığı məsuliyyətə görə və vəzifəsini necə icra etdiyinə görə Allah qarşısında cavab verməli olacaq. Bu məsələ yalnız kişilərə aid deyil, üzərində öhdəçiliyi və məsuliyyəti olan bütün şəxslərə aiddir.
https://t.me/Mizanmaarif
