Qurani ailənin özəllikləri (3) - İlahiyyatçı Rüfət Quliyev
Mövzu 3:Qurani ailənin xüsusiyyətləri
Keçən bəhsimiz Qurani-Kərimin bəyəndiyi ailənin xüsusiyyətləri haqqında idi. Yəni “Qurani-Kərimin bəyəndiyi ailə hansı xüsusiyyətlərə sahib olmalıdır?” sualını cavablandırırdıq. Bəhsimiz "Rum" surəsinin 21-ci ayəsi üzərində gedirdi. Ayənin bəzi cümlələrini qısaca təfsir edirdik. Bu gün həmin bəhsimizin ardını danışacağıq.
"Ənam" surəsinin 96-cı ayəsində Allah - Təala buyurur:
"Allah gecəni aramlıq vaxtı qərar verdi."
Quran təbirincə gecə aramlıq və asayiş vaxtıdır. Çünki axşama doğru işlər sona çatır və əksər insanlar bu vaxt istirahət edirlər. Qurani-Kərim bəzi ayələrdə evi məskən adlandırır. Məsələn, "Ənbiya" surəsinin 13-cü ayəsində məskən, yəni aramlıq və sakitçilik. Bütün bu dediklərimizdən yəni həyat yoldaşı, gecə və elm. Bu üç məfhum arasında maraqlı bir əlaqə yaranır. Quranın təbirincə gecə asayiş vaxtıdır, ev asayiş yeridir. Qadın da asayiş və aramlıq amilidir. Qurani-Kərimin "Rum" surəsinin 21- ci ayəsində bu məsələyə toxunulur:
"Onların yanında aramlıq tapasınız deyə."
Bu üç məfhum birlikdə kamil bir məna tapır. Bir üçbucaq, yaxud piramida təsəvvür edin. Əgər asayiş və rahatçılıq həmin üçbucağın baş nöqtəsində yerləşirsə ev, gecə, həyat yoldaşı həmin üçbucağın qalan üç tərəfini əhatə edir. Yəni bu üçü olmadan üçbucaq öz həqiqi anlamını itirir, beləliklə, asayiş və aramlıq da qazanılmır. Qadın və kişinin hər biri öz asayiş və aramlığını yaratmaq üçün həyat yoldaşının asayiş və aramlığını təmin etməlidir. Bu məsələ qarşılıqlıdır. Heç bir məsuliyyət qəbul etmədən və başqası üçün ruhi bir aramlıq mühiti yaratmadan qarşı tərəfdən aramlıq tələb etmək düzgün deyil. Həqiqətdə ər və arvad bir-birini tamamlayır. Yəni, kişi və qadın ailə qurmamışdan əvvəl natamamdır, amma ailə qurduqdan sonra evlilik vasitəsilə biri o birini tamamlayır. Beləliklə, hər ikisi bir-birini kamilləşdirir. Hər iki fərd öz nöqsanını aradan qaldırmış olur. Evlilik ikitərəfli və qarşılıqlı bir məsələdir. Başqa sözlə desək bir tərəfin asayiş, sakitçilik və ruhi aramlığı qarşı tərəfin asayiş, sakitçilik və ruhi aramlığına bağlıdır.
