Ölkə qanunlarının dünyəviliyi rəsmi sənədlərdə hicabla şəkil çəkdirməyə maneədirmi?

Dünyəvi qanunlara sahib ölkələrdə rəsmi sənədlərdə hicabla şəkil çəkdirməyin icazəli olub-olmamasını araşdırdıq.
Bağışlayan və mehriban Allahın adı ilə
Bildiyiniz kimi ölkəmizdə, pasportda hicablı halda şəkil çəkdirməyə icazə verilmir. Bəzən bunun səbəbi olaraq "Biz dünyəvi dövlətik və hicablı halda şəkil çəkdirmək konstitusiyamıza ziddir"-deyə bildirilir. Dostlarımızın yardımı ilə bu məsələylə bağlı kiçik bir araşdırma apararaq, dünyəvi qanunlarla idarə olunan bir sıra ölkələrin konstitusiyasına nəzər etdik. Əldə olunan nəticələr olduqca maraqlı olduğundan sizlərlə də bölüşmək qərarına gəldik.
Qeyd edək ki, yazıda təqdim olunan ölkələr dünyəvi qanunlara sahib olmaqla yanaşı həm də rəsmi sənədlərdə hicablı formada şəkil çəkdirməyə icazə verən ölkələrdən sadəcə bir neçəsidir.
Araşdırdığımız ölkələrin siyahısını və qanunlarının yer aldığı linkləri sizlərə təqdim edirik:
1.ABŞ:
ABŞ qanunlarına əsasən, rəsmi sənədlər üçün şəkil çəkdirərkən baş örtüyündən istifadə etmək olar. Bir şərtlə ki, baş örtüyünün ənənə və ya dini geyimin bir hissəsi olduğunu təsdiqləyən imzalı bir bəyanat təqdim edilsin.
https://travel.state.gov/content/travel/en/passports/how-apply/photos.html
2.Birləşmiş Krallıq:
Bu ölkədə şapka və baş örtüyünə icazə verilməsə də, dini səbəblərə söykənən hallar istisna edilmişdir.
3.Hollandiya:
Hollandiya dövlət foto təlimatlar qanunlarında bildirilir: "Dininizə və ya inancınıza görə başınızı örtmüsünüzsə, fotoşəkiliniz üçün başınızı örtməyə davam edə bilərsiniz. Baş örtüyü düz, yalnız bir rəngdə olmalıdır və eyni zamanda arxa plana zidd olmalıdır."
https://www.government.nl/topics/identification-documents/requirements-for-photos
4.Avstriya:
Bu ölkənin qanunlarına əsasən, baş geyiminə icazə verilmir. Lakin dini səbəblər yenə də istisna hal kimi qeyd olunur. Qanunda bildirilir: "Baş geyimlərinə icazə verilmir, lakin istisnalara dini səbəblərdən icazə verilir. Bu vəziyyətdə: üz çənənin alt kənarından alnına qədər tanınmalıdır. Üzdə kölgə olmamalıdır."
5.Almaniya:
Bu ölkədə də baş geyimlərinə icazə verilməsə də, dini səbəblər istisnadır.
https://polen.diplo.de/blob/487918/58f8976829936d761e5fea25f43acdc5/visa-foto-eng-data.pdf
6.Polşa:
Bu ölkənin qanunlarında isə belə yazılır: "Dininizin tələb etdiyi üçün bir baş örtüyü taxırısınızsa - üzünüz hələ də görünürsə, fotoşəkildə çəkə bilərsiniz."
Aşağıda adı çəkilən ölkələrdə də pasportlar üçün hicabla şəkil çəkdirmək qanunla icazəlidir:
7.Çexiya:
https://www.mzv.cz/public/d0/b/44/172569_14907_sablona_6.PDF
8.Belçika:
https://diplomatie.belgium.be/sites/default/files/downloads/2016_matrice_fr.pdf
9.Danimarka:
https://politi.dk/pas/krav-til-pas-og-koerekortfoto
10.İrlandiya:
https://www.dfa.ie/passports-citizenship/top-passport-questions/photo-guidelines/
11.İslandiya:
http://www.syslumenn.is/media/eydublod/Ljosmyndaleidbeiningar.pdf
12.Xorvatiya:
https://mup.gov.hr/UserDocsImages/BannerZona/Upute%20za%20fotografije%202013%20(2).pdf
13.Sloveniya:
14.Avstraliya:
https://www.passports.gov.au/getting-passport-how-it-works/photo-guidelines
15.Kanada:
https://www.canada.ca/content/dam/ircc/migration/ircc/english/pdf/pub/pass-photo-spec-eng.pdf
16.Yaponiya:
Bu ölkənin Xarici İşlər Nazirliyi pasport şəkillərinə dair dördüncü bənddə dini səbəblərdən baş geyimləri taxmağa icazə verildiyini bildirir.
https://www.mofa.go.jp/mofaj/files/000149961.pdf
17.Cənubi Koreya:
http://www.passport.go.kr/new/issue/photo.php
18. Finlandiya
Bu kiçik araşdırmanın mövcud problemin həlli istiqamətində yararlı olacağına ümid edirik!
Ruhullah Novruzzadə - Mizanmaarif.com üçün