Sağlam olan ailədə xəstə olan fərdlərin sağalma ehtimalı çox çox yüksəkdir

İnfaq təqvanın əlamətidir.
Salam dostlar,
Günümüzün ən önəmli, cəmiyyətimizə hava və su kimi lazım olan, bəlkə də bir çox maddi və mənəvi ehtiyac və sıxıntılarla əlaqəli olan, dinimizin də xüsusi olaraq diqqət ayırdığı məsələlərdən biri də ailə mövzusudur. Bu kimi mövzularla bağlı köklü işlər görmək zəruridir və infaq hesab olunur. İnfaq, boşluğu dolduracaq işə və dəstəyə deyilir. İnfaq ağıllı insanların işidir, yüz ölçüb, bir biçənlərin. İnfaq hesab olunan işlərə dəstək olmaq da infaq hesab olunur. İnfaq həm vacibdir, həm də təqvanın əlamətlərindən biri. Ümid edirik ki, əziz xəstələrimizin dərman və əməliyyatları üçün elan paylaşan və dəstək olan bacı və qardaşlarımız bu kimi işlərə də biganə qalmayacaqlar. Çünki ailələrin xəstəliyi ən azı fərdlərin xəstəliyi qədər önəmlidir, bəlkə də daha çox! Xəstə olan ailədə sağlam fərdlərin xəstələnmə, sağlam olan ailədə isə xəstə olan fərdlərin sağalma ehtimalı çox çox yüksəkdir.
Mizan və Sirac nəşrləri olaraq bu və bu kimi mövzulara həssas yanaşmaq, enerji və sahib olduğumuz imkanları yalnız faydalı deyil, zəruri olan faydalı işlərə xərcləmək niyyətindəyik. Şəklini gördüyünüz bu kitab ailə daxili xəstəliklərin həlli üçün zəruridir. Siz ona bir kitabdan əlavə, həkimin, ölüm ayağında olan xəstəyə yazdığı bir dərman resepti kimi baxın.
Cəmiyyət bir ailə üzvü kimidir. Hərə öz vəzifəsini düzgün təyin etməli, onu layiqincə və ixtisaslaşmış formada icra etməyə çalışmalıdır. Yəni infaq hesab olunan işin özü infaq hesab olunacaq formada icra olunmalıdır. Digərləri də ayıq olmalı, çox faydalı işi az faydası olan işdən, zəruri olmayan faydalı işi zəruri olan faydalı işdən ayırmağı bacarmalı və hərəsinə özünə uyğun formada dəstək olmalıdırlar. Yəni ilk öncə zəruri, daha sonra çox faydalı, sonda isə az faydası olan işlərə diqqət ayırmalıdırlar. Zəruri görülən işlərin içində belə fərq qoymaq lazımdır. Pərakəndə, nizamsız, ixtisaslaşmamış formada görülən iş ilə nizamlı, dəqiq, mütəxəssiscəsinə görülən işlər ayrı ayrı dəyərləndirilməlidir. "Fərqi nədir? Əsas işin xeyirli olmasıdır. Mühüm olan mənim niyyətimdir" deyib, düşünmədən hər hansısa bir işə dəstək olmağı bəlkə də ehsan adlandırmaq olar, amma infaq olmadığı dəqiqdir!
Bizim hədəfimiz milyonlarla üzvü olan ailəmiz üçün zəruri hal daşıyan maarif yönümlü işləri onlara təqdim etməkdir. Bu işləri sırf Allah üçün və əziz ailə üzvlərimizdən heç bir qarşılıq gözləmədən, eyni zamanda bacardığımız qədər infaq adlanacaq formada icra etməyə çalışırıq. Buna nə qədər nail olduğumuzu ən dəqiq olaraq Qiyamətdə anlaya biləcəyik.
Bunu da unutmayın ki, siz əzizlərin dəstəyi bu işlərin sürətinə və daha keyfiyyətli formada icra olunmasına ciddi təsir qoya bilər. Çörəyə gündəlik pul ayırdığımız kimi bu işlərə də ayıracağımız pul gündəlik olamlıdır, ayda ildə bir dəfə yox! Bunu yalnız sizə yox, özümə də, bizə dəstək üçün yox, infaq hesab olunan işlərə dəstək üçün deyirəm. Bizim gördüyümüz işləri bu qəbildən saysanız da, saymasınız da.
Xülasə..
Biz deyirik ki, uşaqlar evinə ayırdığımız enerji qədər valideynlərin körpələrini ora yerləşdirməyə səbəb olan amillərə də enerji ayıraq! Xəstəyə ağrı kəsici verək, amma xəstəliyin mənşəyi ilə də məşqul olaq.
Allah bizi vəzifəmizi bilib, Onun istədiyi formada icra etməkdə müvəffəq etsin!
Allah nemətlərini bizdən uzaqlaşdıran, vəzifəmizi tapmamağa və ya düzgün icra etməməyə səbəb olan günahlarımızı bağışlasın!
Uzun, yorucu və qarışıq oldusa haqqınızı halal edin!
Sonda Mizan və Sirac nəşrlərinin sosial şəbəkə və eləcə də bank hesablarını siz əzizlərə təqdim edirik.
Ruhullah Novruzzadə
Sirac nəşrləri:
https://instagram.com/sirac.az?igshid=YmMyMTA2M2Y=
Kapital bank: 4169738546347430
Vatsap: +994559242714
Mizan Maarif Mərkəzi:
https://t.me/Mizanmaarif
https://www.instagram.com/mizan_maarif/
Leo bank: 4098584462620863
Vatsap: +994506229304